İDMAN


Azərbaycan idmançılarının oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC nazirliyin saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız 685 xalla siyahıya başçılıq edir.

Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə yer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.