İDMAN
Azərbaycan idmançısı Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarında çıxış edib
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışlar keçirilir. Yarışlarda üç təkanla tullanma üzrə Avropa çempionumuz Nazim Babayev də çıxış edib.
AZƏRTAC xəbər verir ki, atletimizin bu turnirdə çıxışı uğursuz olub. N.Babayev 16,27 metr məsafəyə tullanaraq yarış cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Bu yarışda birinci pillədə ABŞ idmançısı Kris Benard qərarlaşıb.
Qeyd edək ki, bu gün, həmçinin Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında mübarizə aparacaq. R.Quliyev Bakı vaxtı ilə saat 22:00-da start xəttinə çıxacaq.
Atletika yarışları "Dinamo" Milli Olimpiya Stadionunda keçirilir. Görüşdə 300 atlet 30-dan çox idman növü üzrə mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]
“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik
- 24.04.2024 [10:40]
Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq
- 24.04.2024 [10:32]
“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb
- 24.04.2024 [01:12]
“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]