İDMAN


Azərbaycan idmançısı Avstriyada fiqurlu konkisürmə üzrə Avropa çempionatında finala çıxıb

Bakı, 25 yanvar, AZƏRTAC

Avstriyada keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında Azərbaycan idmançısı Yekaterina Ryabova yarışların təsnifat mərhələsində uğurla çıxış edərək finala adlayıb.

AZƏRTAC xəbər verir ki, qitə yarışında ölkəmiz bir idmançı - 16 yaşlı Yekaterina Ryabova ilə təmsil olunur.

Qrats şəhərində keçirilən çempionatda Yekaterina Ryabova qadınların fərdi yarışında bacarığını nümayiş etdirib. Təmsilçimizin 37 idmançının mübarizə apardığı təsnifat mərhələsindəki çıxışını hakimlər 62,22 balla qiymətləndiriblər. O, bu nəticə ilə ən güclü altı idmançı sırasında finala yüksəlib. Finalda idmançımız Rusiya, Finlandiya və İsveçrə idmançılarının cəmləşdiyi qrupda çıxış edəcək.

Xatırladaq ki, 16 yaşlı Yekaterina Ryabova bir neçə gün əvvəl Lozannada keçirilmiş Yeniyetmələrin Qış Olimpiya Oyunlarında səkkizinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.