Azərbaycan idmançısı Kamran Mirzəxanov şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək
AzerTAg.az
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-10-da Portuqaliyanın Anadia şəhərində şose velosipedi üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Velosiped Federasiyasına istinadla xəbər verir ki, gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Avropanın əksər ölkələrindən 200-dək velosipedçi iştirak edəcək.
Qitə çempionatında ölkəmizi gənclər yaş kateqoriyasında milli komandamızın üzvü Kamran Mirzəxanov təmsil edəcək.
İdmançılar iyulun 7-də keçiriləcək birinci mərhələdə fərdi ötüşmə növündə, iyulun 9-da baş tutacaq ikinci mərhələdə isə qrup ötüşməsi növündə mübarizə aparacaqlar.
Velosipedçilər fərdi ötüşmə növündə 22, qrup ötüşməsi növündə isə 125,9 kilometr (6 dairə) məsafə qət edəcəklər.

Xəbərin mətnində orfoqrafik səhv var