İDMAN


Azərbaycan idmançısı Qırğızıstanda keçirilən bilyard üzrə dünya çempionatında finala vəsiqə qazanıb

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 8-də Qırğızıstanın paytaxtı Bişkekdə bilyard üzrə dünya çempionatı start götürüb.

Azərbaycan Bilyard İdman Federasiyasından (ABİF) AZƏRTAC-a bildiriblər ki, 86 idmançının qatıldığı dünya çempionatında Azərbaycan idmançısı Seymur Məmmədov finala vəsiqə qazanıb. O, yarımfinal mərhələsində Qırğızıstan idmançısı Əziz Madamirovu məğlub edərək (5:4) həlledici görüşdə oynamaq imkanı qazanıb. Dünya çempionatının final görüşündə Seymur Məmmədov rusiyalı idmançı Semen Zayçev ilə üz-üzə gələcək.

Dünya çempionatında Azərbaycanı 4 idmançı - Vasif Məmmədov, Tofik Quliyev, Seyhun Ağayev və Seymur Məmmədov təmsil edir.

Seymur Məmmədov beynəlxalq dərəcəli idman ustasıdır. Seymur ikiqat Avropa ikincisidir (2005, 2006), idmançımız 2005-ci ildə Qafqaz kubokuna sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.