İDMAN


Azərbaycan idmançısı Ramin Sultanov “Eagle FC” liqasında növbəti qələbəsini qazanıb

Bakı, 19 fevral, AZƏRTAC

“ASED Fighting Championship” (AFC ASED) liqasının 70,3 kiloqram çəki dərəcəsində ölkə üzrə birinci nömrəsi, “TT Fight Club”un təmsilçisi Ramin Sultanov Həbib Nurməhəmmədovun rəhbəri olduğu “Eagle FC” liqasında növbəti döyüşünə çıxıb.

AFC ASED-dən AZƏRTAC-a bildiriblər ki, Moskvada keçirilən “EFC-45” turnirində MMA döyüşçümüzün rəqibi yerli idmançı Dinislam Kamavov olub. Təmsilçimiz rəqibinə birinci raundda qalib gəlib.

R.Sultanov "Eagle FC" liqası ilə 4 döyüşlük müqavilə imzalayıb.

Peşəkar karyerasında məğlubiyyətsizlik seriyasını davam etdirən R.Sultanov EFC-də ilk döyüşündə də inamlı qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.