İDMAN
Azərbaycan idmançısı Saman Təhmasibi 2013-cü ilin ən yaxşı güləşçisi seçilmişdir
Bakı, 27 mart (AZƏRTAC). Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilmişdir.
Ötən il keçirilən dünya çempionatında gümüş (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində qızıl (6 xal) medal qazanan və Avropa çempionatında 5-ci yeri (2 xal) tutan S.Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək – 18 reytinq xalı toplayaraq bu ada layiq görülmüşdür.
FİLA il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, “Qızıl Qran-pri” turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə idmançıları qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]