İDMAN


Azərbaycan idmançısı parapauerliftinq üzrə Açıq Avropa Çempionatında qalib olub

Bakı, 25 sentyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parapauerliftinq üzrə Açıq Avropa Çempionatı keçirilib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komitənin parapauerliftinq üzrə milli komandasının üzvü Zəhra Dadaşova 50 kiloqram çəki dərəcəsində böyüklər arasında Açıq Avropa Çempionatının, eyni zamanda, Regional Avropa Çempionatının qalibi olub.

Zəhra Dadaşovanın ən yaxşı nəticəsi 66 kiloqram, ümumi göstəricisi isə 126 xal olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.