İDMAN


Azərbaycan idmançısı qılıncoynatma ümumrusiya yarışında ikinci yeri tutub

Bakı, 28 oktyabr, AZƏRTAC

Moskva ətrafındakı Novoqorsk şəhərində qılıncoynatma idmanının sablya növü üzrə ümumrusiya yarışı keçirilib.

AZƏRTAC “Spots.ru”ya istinadla xəbər verir ki, 2021-2022-ci il mövsümünün açılışı hesab edilən yarışda Azərbaycan yığmasının üzvü Anna Başta da iştirak edib. Təmsilçimiz turnirdə uğurla çıxış edərək ikinci yeri tutub. Yalnız moskvalı Svetlana Şevelevadan geri qalan A.Başta Moskva təmsilçiləri Vlada Plexabova və Yevgeniya Podpaskovanı qabaqlayaraq gümüş medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.