MƏDƏNİYYƏT


Azərbaycan ifaçısı Ukraynanın əfsanəvi “Okean Elzı” qrupunun Bakı konsertində xüsusi qonaq olacaq VİDEO

Bakı, 21 avqust (AZƏRTAC). Sentyabrın 6-da Bakıda Yaşıl Teatrda Ukraynanın əfsanəvi “Okean Elzı” qrupu geniş konsert proqramı ilə çıxış edəcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Böyük səhnə” proqramının PR meneceri Nərminə Məmmədova AZƏRTAC-a bildirib ki, “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova “Okean Elzı” qrupunun Bakıdakı konsertində xüsusi qonaq olacaq.

D.Kazımova ilə, “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuku populyar “Qolos” beynəlxalq formatlı şou birləşdirir. 2014 ildə azərbaycanlı ifaçı Ukraynanın “1+1” telekanalında yayımlanan “Qolos kraini” layihəsinin iştirakçısı olub. İlkin seçim turunu uğurla keçən müğənni S.Vakarçukun komandasına qatılıb. D.Kazımova canlı efirdə “Okean Elzı” qrupunun “Bez boyu” mahnısını və Azərbaycan xalq mahnısı “Sarı gəlin”dən bir parça ifa etmişdir.

Qeyd edək ki, 2014-cü ildə “Okean Elzı” qrupunun 20 illiyinə həsr olunmuş konsertləri canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektivin Bakı konserti də böyük maraq doğuracaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.