İQTİSADİYYAT
Azərbaycan ilə Acarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Tbilisi, 1 dekabr, AZƏRTAC
Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının baş katibi Osman Çalışkan ilə görüşüb.
O.Çalışkan Assosiasiyanın fəaliyyəti və üzvləri barədə məlumat verib.
Baş konsul Azərbaycan investorlarının Acarıstan regionuna sərmayə qoymaqda maraqlı olduqlarını bildirib.
Görüşdə iqtisadi, ticari, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi, biznes sahəsində gələcək əməkdaşlıq planları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər gələcəkdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi