SİYASƏT


Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var

Bakı, 21 dekabr, AZƏRTAC 

Dekabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan ikitərəfli münasibətlərdən, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edib. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olunub. Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən nazir qardaş ölkənin siyasi dəstəyinin 44 günlük Vətən müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb. Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.

Hamdullah Mohib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşü məmnunluqla qeyd edib. O, iki ölkənin rəhbərləri arasında mövcud olan şəxsi münasibətlərin ikitərəfli münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Qələbə münasibətilə Azərbaycanı təbrik edən Hamdullah Mohib Əfqanıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Tərəflər ölkələr arasında iqtisadi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri, o cümlədən Lapis-Lazuli tranzit yolunun inkişafı, Transxəzər fiberoptik rabitə xətti, eləcə də əfqanıstanlı gənclərin Azərbaycanda təhsil almaq imkanları və digər mövzular üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.