CƏMİYYƏT


Azərbaycan ilə Əfqanıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb.

Protokolun imzalanması Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Əfqanıstan Prezidentinin ölkəmizdə səfərdə olan MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, görüşdə Yəhya Musayev Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Söhbət zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Mohammad Şaker Kargar səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.

Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.