CƏMİYYƏT


Azərbaycan ilə Əlcəzair arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparılacaq

Qahirə, 29 iyun, AZƏRTAC

Azərbaycan və Əlcəzair arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovla Əlcəzairin Mina Qurbanlarının Müdafiəsi Milli Assosiasiyasının nümayəndəsi Gelani Cvadi arasında görüşdə müzakirə olunub.

Azərbaycan diplomatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə davam edən işlərdən bəhs edib, müxtəlif ölkələrin uyğun qurumlarının bu prosesə dəstək verdiyini bildirib. O qeyd edib ki, Əlcəzair də həmin problemlə qarşılaşıb və bu ölkənin mütəxəssisləri ilə təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı olacaq.

G.Cvadi təmsil etdiyi assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, əlcəzairli mütəxəssislər azərbaycanlı həmkarları ilə görüşlər keçirməyə və təcrübə mübadiləsi aparmağa hazırdırlar.

 
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.