SİYASƏT
Azərbaycan ilə Almaniya arasında yeni saziş imzalanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Almaniyanın Xarici İşlər Nazirliyində “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” saziş imzalanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sazişi Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov və bu ölkənin Xarici İşlər Nazirliyi ümumi idarəsinin rəisi, ministeraldirektor Volfqanq Dold imzalayıblar.
Sənədə əsasən hər iki dövlətdə akkreditə olunmuş diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinə qəbul edən dövlətdə ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa qarşılıqlı əsasda icazə verilir.