SİYASƏT


Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 15 fevral, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının genişlənmə danışıqları və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazovun da iştirak etdiyi görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət zamanı tərəflər Azərbaycan və Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə aparılan danışıqlara toxunublar. Bu xüsusda, danışıqların yekunlaşmasının əhəmiyyəti qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyəti haqqında Aİ komissarına məlumat verən Elmar Məmmədyarov münaqişənin həllinin regionda inkişaf üçün şərait yaradacağını və rifah naminə sülhü təmin edəcəyini vurğulayıb.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində qarşılıqlı faydalı və strateji əməkdaşlıq məsələləri müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov komissar Yohannes Han ilə enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.