CƏMİYYƏT


Azərbaycan ilə Avstriya arasında qida, baytarlıq və fitosanitar məhsulların idxal və ixrac əməliyyatlarına dair fikir mübadiləsi aparılıb

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikinger arasında videogörüş olub. Görüşdə hər iki qurumun əməkdaşları ilə birlikdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov da iştirak edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Q. Təhməzli sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətdiyini, Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutduğunu, nəticədə dinc sakinlər arasında çox sayda ölən və yaralananların olduğunu, həmçinin mülki obyektlərə, yaşayış binalarına ziyan dəydiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Humanitar atəşkəs barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə hücumları nəticəsində çox sayda mülki vətəndaşın həlak olması barədə məlumat verib.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri müqabil tərəfə agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu fəaliyyətin daha da genişləndirilməsi məqsədilə hər iki qurumun birgə əməkdaşlığının önəmini vurğulayıb.

Tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək, Avstriya ilə ölkəmiz arasında qida, baytarlıq və fitosanitar məhsulların idxal və ixrac əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.

Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikinger qida təhlükəsizliyinin təmin olunması sahəsində və ixracın təşviq edilməsi istiqamətində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.