SİYASƏT
Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Cenevrə, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.
Hikmət Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə