SİYASƏT


Azərbaycan ilə BMT-nin Təlim və Tədqiqatlar İnstitutu arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) icraçı direktoru Nixil Set ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov icraçı direktor Nixil Setin səfərinin Azərbaycan ilə UNİTAR arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

UNİTAR-ın icraçı direktoru Nixil Set təmsil etdiyi institutun yaranma tarixi, fəaliyyəti, bir çox ölkələrdə həyata keçirdiyi proqramlar və layihələr haqqında ətraflı məlumat verib.

Nazir Elmar Məmmədyarov XİN-in nəzdində olan ADA Universitetinin fəaliyyətinə toxunaraq, bu təhsil müəssisəsində yerli və xarici mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış təlim proqramlarının təşkil edildiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasında ənənəvi olaraq digər ölkələrdən çoxsaylı tələbələrin neft mühəndisliyi və başqa ixtisaslar üzrə təhsil aldıqlarını qeyd edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrdən olan tələbələrə təhsil təqaüdlərinin ayrıldığını bildirib.

Görüşdə Azərbaycan ilə UNİTAR arasında perspektiv əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.