SİYASƏT


Azərbaycan ilə BMT-nin Yaxın Şərq Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Pyer Krahenbul fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verib. Görüşdə Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentliyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.