İQTİSADİYYAT
Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb
Minsk, 16 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon ABŞ dollarına çatıb.
Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 83,7 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 9,2 milyon dollar olub.
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]