İQTİSADİYYAT


Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 120 milyon dolları ötüb

Minsk, 16 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 120 milyon ABŞ dollarını ötüb.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 109 milyon 62 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 11 milyon 443 min dollar olub.

Ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.