İQTİSADİYYAT
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
Minsk, 18 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 158 milyon ABŞ dollarını ötüb.
Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Azərbaycana Belarusdan idxal 141 milyon 52 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 17 milyon 304 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:00]
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
- 25.04.2024 [19:38]
® “Bakcell” ilə innovasiya dövrü başlayır!
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]