SİYASƏT


Azərbaycan ilə Belçikanın Valoniya regionu arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Brüssel, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov bu ölkənin Valoniya regionun İqtisadiyyat, xarici ticarət, rəqəmsallaşma, kənd təsərrüfatı, şəhərsalma və regional planlaşdırma üzrə vitse-prezidenti Uilli Borsus ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Belçika arasında iqtisadi-ticarət münasibətlərinin vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub. Həmçinin cari ilin noyabrında Valoniya regionu üzrə İxrac və Sərmayə Agentliyinin (AWEX) təşkilatçılığı ilə ölkəmizə nəzərdə tutulan ticarət missiyasının səmərəli təşkili məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.