SİYASƏT


Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Bakı, 21 aprel, AZƏRTAC 

Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında mövcud əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi və genişləndirilməsinə inam ifadə edilib. Bu barədə AZƏRTAC-a ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən bildiriblər.

V.Sadıqov BQXK-nın bütün dünyada, eləcə də Azərbaycanda apardığı humanitar işlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu xüsusda, təşkilatın Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. O, qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyinin təqdirəlayiq olduğunu vurğulayıb, buna görə təşəkkürünü bildirib.

P.Maurer Azərbaycan ilə BQXQ arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Təmsil etdiyi təşkilatın Ermənistan əsirliyində olan şəxslərin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə ümidvar olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.