SİYASƏT


Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bakı, 7 mart, AZƏRTAC 

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekununda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019-2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.