İQTİSADİYYAT


Azərbaycan ilə Çexiya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan ilə Çexiya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr nazir Ramin Quluzadənin Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakova ilə görüşündə aparılıb.

Nazir R.Quluzadə bildirib ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.

R.Quluzadə ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Eyni zamanda, görüşdə nazirlər ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi, informasiya texnologiyalarının inkişafı, o cümlədən nəqliyyat və İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib, bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.