ELM VƏ TƏHSİL


Azərbaycan ilə Çexiya arasında təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da təhsil naziri Ceyhun Bayramovun Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova ilə görüşü olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi müzakirə edilib.

Dana Prudikova Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonundakı A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbin binasının açılışında iştirak etmək üçün ölkəmizə gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.