SİYASƏT


Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafından danışılıb

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda olmasından məmnunluğunu bildirən xanım Li Syaolin səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edən tərəflər Heydər Əliyev Fondu ilə sözügedən qurum arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında memorandumun humanitar və mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyinə əminliklərini ifadə etdilər. Habelə, tərəflər mədəniyyət, gənclər və turizm sahələrində layihələrin xalqlar arasında təmasların daha da yaxınlaşmasına xidmət edəcəyini xüsusi qeyd etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Çinin beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğuladı. Həmçinin nazir Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin regionun iqtisadi inkişafı üçün geniş imkanlar açdığını və həmin layihənin reallaşmasının ticarət dövriyyəsinin artımına töhfə verəcəyini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.