SİYASƏT


Azərbaycan ilə Çin arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Çin Xalq Respublikasının (ÇXR) Milli Neft Şirkəti CNPC-nin prezidenti Vanq Yilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Çin arasında tarixi dostluq münasibətlərinin olduğunu xatırladan Baş nazir Artur Rasi-zadə, müasir dövrdə də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə davam etdiyini vurğuladı. Xüsusən beynəlxalq tədbirlərdə hər zaman ölkəmizə dəstək verdiyinə görə Çin hökumətinə təşəkkürünü bildirən Baş nazir, son illərdə iqtisadi-ticarət sahələrində əməkdaşlığımızın daha da genişləndiyini məmnunluqla qeyd etdi.

Söhbət zamanı Çin Xalq Respublikasının təklif etdiyi “Bir kəmər - Bir yol” təşəbbüsü çərçivəsində müntəzəm keçirilən “İpək Yolu” zirvə görüşlərinin həm mövcud, həm də yeni layihələr üçün geniş imkanlar açdığı, Azərbaycanın neft-qaz sektorunun da bu təşəbbüsə böyük töhfələr verə biləcəyi qeyd edildi. Belə layihələrdən olan SOCAR GPC layihəsinin strateji əhəmiyyətinə toxunan Baş nazir Artur Rasi-zadə, Azərbaycan hökumətinin Çin investorları və şirkətlərinin ölkəmizlə qarşılıqlı faydalı fəaliyyətini hərtərəfli dəstəkləməyə hazır olduğunu diqqətə çatdırdı.

ÇXR Milli Neft Şirkəti CNPC-nin prezidenti Vanq Yilin də öz növbəsində xalqlarımızın mənafeyi baxımından vacib olan mühüm layihələrin həm maliyyələşdirilməsində, həm də icrasında iştirak etməkdə maraqlı olduqlarını dedi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.