ELM VƏ TƏHSİL


Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı, 26 aprel, AZƏRTAC 

Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin təhsil naziri Chen Boasheng ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Ceyhun Bayramov, həmçinin Pekin Pedaqoji Universitetində olub, ali məktəbin rəhbərliyi ilə görüşüb. Görüşdə universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra nazir Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.