İQTİSADİYYAT


Azərbaycan ilə Dağıstan arasında dəmir yolu xətti turizmin inkişafına şərait yaradacaq

Moskva, 15 fevral, AZƏRTAC

Dağıstanın rəhbəri Vladimir Vasilyev Mahaçqala və Bakı arasında yeni qatarın işə salınmasına ümid bəsləyir. Onun fikrincə, bu, regionda turizmin inkişafına şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə söhbət Soçidə keçirilən Rusiya investisiya forumu çərçivəsində Vladimir Vasilyevlə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyrovun görüşündə gedib.

Dağıstan Respublikası Prezidentinin mətbuat xidməti V.Vasilyevin bu sözlərini sitat gətirib: “Bu gün biz turizm mövzusuna toxunduq. Bununla əlaqədar olaraq Dağıstan və Azərbaycan arasında yeni qatarın işə salınması respublika üçün çox əhəmiyyətli və faydalı olacaq. Qatarın gömrükdən keçməsi prosedurunun müddəti qısaldılacaq”.

Dağıstanın rəhbəri qeyd edib ki, keyfiyyətli, müasir və etibarlı dəmir yolu xətti respublika üçün iqtisadi əhəmiyyət daşıyır.

Xatırladaq ki, V.Vasilyev ötən ilin oktyabrında bildirib ki, Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu xətti açılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.