SİYASƏT


Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub

Bern, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrəyə səfəri çərçivəsində Dünya İqtisadi Forumunun Avropa və Avrasiya bölməsinin rəhbəri, qurumun İcraiyyə Komitəsinin üzvü Martina Larkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Hikmət Hacıyev Dünya İqtisadi Forumunu Azərbaycan üçün vacib tərəfdaş kimi xarakterizə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Forumun Davos illik görüşlərində mütəmadi iştirakının ölkəmizin bu təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu vurğulayıb. Şöbə müdiri Forumun Qlobal Rəqabətlilik Hesabatına Azərbaycan hökuməti tərəfindən daim diqqət yetirildiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında 2019-cu ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Davosa səfəri zamanı imzalanmış əməkdaşlıq müqaviləsinin həyata keçirilməsindən razılıq ifadə olunub, sazişin implementasiyasının müxtəlif aspektləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və geosiyasi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.