İQTİSADİYYAT


Azərbaycan ilə FAO arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub

Bakı, 6 may, AZƏRTAC

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov mayın 6-da Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə ölkəmizdə kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğu qeyd olunub. Həmçinin ölkəmizdə aqrar sahənin inkişafının prioritet olduğu vurğulanıb, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi və bu istiqamətdə aparılan islahatlar diqqətə çatdırılıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.