CƏMİYYƏT


Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət- buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir

Tbilisi, 4 may, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşdırılır.

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili bildirib ki, bu layihə həm çox önəmli, həm də innovativ ideyadır: “Layihədə yalnız infrastrukturun inşası nəzərdə tutulmur. Layihə çərçivəsində iki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platforma yaradılacaq. Biz əminik ki, bu, sərhəddən keçid prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq, həmçinin CAREC dəhlizi üçün yaxşı model olacaq”, – deyə Laşa Xutişvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.