CƏMİYYƏT


Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi, 7 dekabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “SOCAR Enerjy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bu ölkənin Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Görüşdə səfir D.Həsənov M.Çxenkeliyə nazir təyin olunması münasibətilə Azərbaycanın Təhsil nazirinin təbrik məktubunu təqdim edib.

Qeyd edək ki, M.Çxenkeli bu il noyabrın 13-də Gürcüstanın Təhsil, elm, mədəniyyət və idman naziri təyin olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.