CƏMİYYƏT


Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafında dini icmaların rolu müzakirə edilib

Tbilisi, 14 iyun, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərləri ilə görüşüb.

GMİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Gürcüstanda dini icmalar arasındakı vəziyyət, İslam dini icmasının vəziyyəti və s. məsələlər diqqət mərkəzində olub.

Söhbət zamanı ölkələr arasında münasibətlərin inkişafında dini icmaların rolu, eləcə də din sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İki qonşu, qardaş və strateji müttəfiq olan Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığın önəmi vurğulanıb.

Görüşdə GMİ sədri, hacı Ramin İgidov, müftilər - Etibar Eminov və Adam Şantadze iştirak ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbili

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.