İQTİSADİYYAT


Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Qiorqi Pertaia ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində işgüzar dairələrin rolu qeyd edilib. Bu sahədə mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsinin, o cümlədən biznes forumların və konfransların təşkilinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də, həmin qurumlar arasında təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin davam etdirilməsinin önəmi vurğulanıb.

Eyni zamanda, hər iki ölkənin özəl sektor təmsilçiləri arasında artan marağı və potensialı nəzərə alaraq, yaxın gələcəkdə Bakıda işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Gürcüstan Biznes Forumunun keçirilməsinin faydalı ola biləcəyi qeyd edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.