MƏDƏNİYYƏT


Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Tbilisi, 4 may, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclərlə iş strukturları arasında əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bununla əlaqədar qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Eyni zamanda, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana nəzərdə tutulan səfəri barədə müzakirə aparılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.