MƏDƏNİYYƏT


Azərbaycan ilə Gürcüstan turizm nümayəndələri birgə turları müzakirə ediblər

Azərbaycan ilə Gürcüstan turizm nümayəndələri birgə turları müzakirə ediblər

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 20-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı və Tbilisi şəhərində yerləşən "Azerbaijan.Travel" qonaq mərkəzinin dəstəyi ilə iki ölkə arasında birgə turların inkişafından bəhs edən vebinar keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilir ki, Azərbaycan Turizm Bürosu və Gürcüstan Milli Turizm Administrasiyasının nümayəndələrinin iştirak etdiyi görüşdə müştərək turizm məhsulları barədə ideyalar və birgə turları uzunmüddətli səyahətçilər üçün cəlbedici etmək planları müzakirə olunub.

Müzakirələr mədəni və tarixi irs, sağlamlıq, qastronomiya, macəra turizmi, quş müşahidəçiliyi, trans-Qafqaz haykinq yolları, “İter Vitis Qafqaz” şərab marşrutu, “Əli və Nino” turizm marşrutu və digər məhsullar üzrə mövzuları əhatə edib.

“Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” çərçivəsində keçirilən onlayn görüşdə Gürcüstanın turizm şirkətləri və turizm üzrə ixtisaslaşmış ictimai təşkilatları da iştirak ediblər.

Qeyd edək ki, layihəyə əsasən planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.