CƏMİYYƏT


Azərbaycan ilə İran arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin rəhbəri, general-mayor Əmir Hatəmi səmimi görüşə görə minnətdarlığını bildirib.

Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.