MƏDƏNİYYƏT


Azərbaycan ilə İran arasında turizm əlaqələrinin postpandemiya dövründə inkişaf perspektivləri müzakirə edilib

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud turizm əlaqələri və gələcək əməkdaşlıq münasibətləri haqqında müzakirələr aparılıb.

Fuad Nağıyev ötən ilin sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş torpaqlarının azad edilməsindən və Qarabağda turizmin inkişafı perspektivlərindən danışıb.

Agentlik sədri, həmçinin erməni işğalı nəticəsində Qarabağın turizm potensialına vurulan zərər, işğalçılar tərəfindən məqsədli şəkildə turizm əhəmiyyətli məkanların, o cümlədən tarixi dini abidələrin və İslam irsinin dağıdılması siyasəti barəsində məlumat verib.

Öz növbəsində səfir İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini və bölgədə sülhün bərqərar olmasının regionun ümumi inkişafı üçün vacib olduğunu qeyd edib.

Görüşdə, həmçinin hər iki ölkə arasında viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, müvafiq infrastrukturun təkmilləşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın mütəmadi təmin edilməsi, postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması, Xəzəryanı ölkələrin turizm əlaqələri barəsində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.