İQTİSADİYYAT


Azərbaycan ilə İtaliyanın işgüzar dairələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə İtaliyanın işgüzar dairələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər, qurumun İtaliyanın müvafiq qurumları ilə əməkdaşlığı və tərəflər arasında imzalanmış ikitərəfli sənədlər çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb. Ölkələrimizin işgüzar dairələri arasında mövcud əməkdaşlığa və əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə iş adamları arasında münasibətlərin genişləndirilməsi üçün müxtəlif təkliflər də səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.