SİYASƏT


Azərbaycan ilə Kamboca arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında Pnompen şəhərində siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə həyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Kamboca nümayəndə həyətinə isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Oç Borit rəhbərlik ediblər.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə mövcud vəziyyəti müzakirə ediblər və bu xüsusda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan addımlara dair fikir mübadiləsi aparıblar.

Həmçinin tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atılmalı addımlar ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.