MƏDƏNİYYƏT


Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Kolumbiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş mədəniyyət tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında dostluq əlaqələrini yüksək qiymətləndirən Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib: “İyirmi beş il bundan əvvəl Kolumbiya Azərbaycan ilə diplomatik əlaqələr qurub. Bu gün biz onu deyə bilərik ki, məqsədimizə çatmışıq”.

Tədbirdə “Bakuba Band” çıxış edib, “Ağ çiçək” Kolumbiya mədəniyyətinə xas olan “Currulao del Pacifico”, “Sanjuanero”, “Cumbia” “Salsa” rəqsləri ifa olunub, “La Chimba” musiqi qrupu tərəfindən mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.