CƏMİYYƏT


Azərbaycan ilə Koreya Respublikası arasında hüquq-mühafizə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Koreya Respublikasının ölkəmizdəki səfiri Li In-Yonq ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kamran Əliyev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən siyasi, mədəni, humanitar və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Baş prokuror ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə səfirə ətraflı məlumat verib.

Koreya Respublikası ilə uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edən Baş prokuror Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu bildirib.

Söhbət zamanı qarşılıqlı tədris səfərlərinin təşkili, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası sahələrində təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunaraq, prokurorluqlar arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması müzakirə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Li In-Yonq ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib.

Səfir ölkələrimizin hüquq-mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edərək bu istiqamətdə zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.