SİYASƏT
Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Riqa, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bu ölkə Seyminin spikeri xanım İnara Murnietse ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir xanım İ.Murnietseni növbəti parlament seçkiləri nəticəsində deputat və Seymə ikinci dəfə sədr seçilməsi münasibətilə təbrik edib.
İnara Murnietse özünün Azərbaycana, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovun Latviyaya səfərlərini xatırladıb, ölkələrimiz arasındakı siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib.
Səfir Cavanşir Axundov sözügedən səfərlərin ölkələrimiz arasındakı münasibətlərə töhfə verdiyini qeyd edib.
Latviya parlamentinin spikeri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 28-də keçirilmiş “Birləşmiş Avropa layihəsinə yeni baxış” konfransında iştirakından söhbət açaraq, belə vacib tədbirin Riqa şəhərində baş tutmasından məmnunluğunu ifadə edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa