ORDU
Azərbaycan ilə Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 7 avqust (AZƏRTAC). Avqustun 7-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, Yavər Camalov nümayəndə heyətinə qurumun fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə Azərbaycan ilə Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyəti nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunda istehsal prosesinin gedişini izləyib, MSN-in müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.
Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Yeva Majore də görüşdə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]