MƏDƏNİYYƏT


Azərbaycan ilə Litva arasında turizm əlaqələri müzakirə olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Fuad Nağıyev turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, eləcə də mövcud potensialın inkişaf etdirilməsinin vacib məqamlardan olduğunu diqqətə çatdırıb.

Riçardas Malinauska meri olduğu Druskininkay şəhərinin XIX əsrdən bu günədək Baltikyanı ölkələr üzrə məşhur turizm məkanı hesab olunduğunu qeyd edərək turizm sahəsində mümkün ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.

Görüşdə Azərbaycan ilə Litva arasında dostluq əlaqələrinin möhkəmliyi vurğulanaraq gələcəkdə də turizm sahəsində belə görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən litvalı turistlərin sayı 1885 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 27 faiz artım deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.