SİYASƏT
Azərbaycan ilə Litva parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Vilnüs, 21 dekabr (AZƏRTAC). Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin bu ölkənin Seyminin xarici əlaqələr komitəsinin sədri Benediktas Yuodka ilə görüşmüşdür.
Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, görüşdə Seymə keçirilən seçkilərdən sonra Azərbaycan-Litva parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında hər iki ölkənin nümayəndələri arasında əməkdaşlıq, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunmuşdur.
Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün yeni formalaşan Seymin fəallıq göstərməsi barədə razılığa gəlinmişdir.
Qeyd edək ki, hazırda Litva Seymində Azərbaycan ilə dostluq qrupunun 47 üzvü vardır. Üzvlərin artması gözlənilir. Bundan əvvəlki Seymdə dostluq qrupunun 21 üzvü var idi. Dostluq qrupunun sədri Litva Sosial-Demokrat Partiyasının fəal üzvü Yuras Pojela, müavini isə Litva Xristian Demokrat Partiyasından olan Mantas Adomenasdır.
Nigar Hüseynova
AZƏRTACın xüsusi müxbiri
Vilnüs